TÖMER nədir?
TÖMER (Türk dili haqqında sertifikat) /TYS (Türkçe Yeterlik Sınavı), Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin keçməli olduğu dil imtahanıdır. İmtahan xarici tələbələrin türkcə dil biliyini yoxlayır. Bakalavr səviyyəsində universitetlər bu imtahanı əsasən qeydiyyatdan sonra tətbiq edir və tələbə bir başa olaraq dərsə 1-ci kursdan başlayır. Magistratura səviyyəsində isə əsasən müraciət tarixində TÖMER sertifikatı tələb olunur.