• info@educolour.az
  • +99470 830 25 55

Təhsilin icmalı

EDUCOLOUR Şirkəti sizlərə heç bir imtahan vermədən yalnız attestatla Türkiyə dövlət universitetlərinə qəbul olub Türkiyədə təhsil almağı təklif edir.

Niyə Türkiyədə təhsil?

- Digər ölkələrdən fərqli olaraq Türkiyədə yaşam xərcləri və illik təhsil haqqılar çox ucuzdur. Təbbiki bahalı şəhərlər və universitetlərdə mövcuddur. Türkiyədə təhsil üçün hər bir Azərbaycanlı ailənin büdcəsinə uyğun şəhər və universitetlər mövcuddur. 

Sadalananlardan əlavə olaraq həm dinimiz həm dilimiz baxımından Türkiyədə təhsil almaq digər ölkələrə nisbətən daha ucuz və daha rahatdır.

Türkiyədə təhsilin üstünlükləri

Türkiyə diplomladı Azərbaycanda daxil olmaqla dünyanın 30-dan çox ölkəsində tanınır. Türkiyədə təhsilin əsas üstünlüklərindən biridə Türkiyədə təhsil ala ala tələbələrin işləyə bilməsidir.

Digər ölkələrə nisbətən Türkiyədə təhsil zamanı siz əziyyət çəkib əlavə bir il dil öyrənmirsiniz, çünki Türk dili 98% Azərbaycanlıların anlayıb başa düşdüyü bir dildir.

Yolpulu nə qədər olur?

Türkiyədə təhsil zamanı sizin hər il gedib gələcəyiniz bu ölkədə yolpulu şəhərə görə dəyişə bilər. Normal olaraq tələbələrin 85% hissəsi Avtobusla gedir. Avtobusla yolpulu ilin müəyyən vaxtlarından asılı olaraq 80 AZN la 120 AZN arası dəyişə bilər. Türkiyənin Azərbaycana yaxın şəhərlərinə 60 AZN yolpulu ilə getmək mümkündür.

Yataqxana xərcləri

Türkiyədə yataqana xərcləri şəhərə və univeristetə görə dəyişə bilər. Dövlət yataqxanalarında aylıq 50 USD gündə 2 dəfə yemək daxil olmaqla qala bilərsiniz. Lakin nəzərə alsaqkı Türkiyənin bir çox şəhərlərində təhsil zamanı dövlət yataqxanaları birinci ildən Azərbaycanlı qəbul etmir siz özəl yataqxanlarda 500 TL yəni təxmini 150 manat ödənişlə (gündə 2 dəfə yemək daxil) qala bilərsiniz.

Yemək xərcləri

Türkiyədə təhsil zamanı tələbələri narahat edən suallardan biridə Türkiyədə yemək xərclərinin nə qədər olacağıdır. Əslində aylıq 500 Tl yə qalacağınız yataqxana sizə gündə 2 dəfə yemək verir (səhər və axşam yeməyi). Günorta yeməyinə gəlincə isə universitet yeməkxanası dövlət yeməkxanası olduğu üçün yeməklər çox ucuz olur yəni bizim pulla təxmini 1 manata universitet yeməkxanasında 2-3 növ yemək meyvə kampot və s götürə bilirsiniz. Universitet yeməkxanasında hər gün fərqli və yeni yeməklər verilir.

Türkiyədə təhsil üçün nə tələb edilir?

Türkiyədə təhsil üçün sizdən heç bir imtahan tələb edilmir. Təbii ki siz YÖS imtahanı verib Türkiyədə imtahanlada təhsil ala bilərsiniz lakin bunun heç bir əhəmiyyəti yoxdur. İmtahanlı qəbulla imtahansız qəbul arasında bəzi fərqlər olur ki, Siz imtahanla gedərkən bir ixtias və bir universitet seçə bilərsiniz qəbul üçün lakin imtahansız qəbul zamanl ixtisas və universitet sayını minumum 5 ədəd seçim etmək lazımdırki qəbul şansınız yüksək olsun, çünki universitetlər öncə YÖS imtahan nəticəsi olan tələbələri qəbul etməyi üstün tutur.

Təhsil təfərrüatı

  • Təhsil Adı:
    Turkiyə
  • Təhsilin Müəssəsinin Adı:
  • Təhsilin Başlama Tarixi:
  • Təhsilin Bitmə Tarixi:
  • Müştəri Şərhi:

Sürətli Əlaqə

2 * 2 =

Son Təhsillər

Sizlər üçün gördüyümüz bütün işlərə baxın

Xaricdə təhsil almaq isdəyirsən ama bunu nəcür edəcəyini bilmirsən?