Kanadada tehsil dünyada ali təhsil sistemləri arasında 5-ci yerdədir. Kanada hətta dünyanın ən sülh şəraitində olan ölkəsi sayılır. Kanada tədqiqat və təhsil sahəsində bütün ölkələrdən nailiyyətlərinə görə fərqlənir. Kanadada təhsil haqları Amerika, Böyük Britaniya və Avstraliyadakından təxmini 30% azdır. Bura hətta təhsilin keyfiyyəti baxımından da heç də geri qalmır və demək olarkı Amerika ilə ali təhsil sistemləri bir-birinə bənzəyir. Bu səbəbdən burada məzun olanlar ABŞ-da iş tapmaqda çətinlik çəkmirlər. Kanada universitet diplomları hətaa Rusiya və MDB-də də yüksək dəyərəndirilir.
Kanada təbii ehtiyatının çox olduğu və dünyanın Rusiyadan sonra ən böyük ikinci ərazisinə malik bir ölkədir. Həyat səviyyəsi və yaşayış baxımındanda qonşu ğlkələr arasında 5-ci yerdə qərarlaşıb. Ümumiyyətlə Kanadada yaşayış dünya ölkələrinə görə çox fərqli və rahatlığı ilə seçilir.
Kanadada 55 ali təhsil müəssəsi mövcuddur. Bu universitetlərdən 27-si dünyanın ilk 500 universitetinin sırasında yer almaqdadır. Universitetlərinin ərazisində üç və daha artıq yataqxana mövcud olur.
Digər ölkələrə baxanda Kanada universitetləri üçün təqaüd proqramları çox azdır. Təqaüd almaq sayı məhdud və rəqabət çox yüksək səviyyədədir. Burada hətta bakalavr dərəcəsində bütün tədris ilini ödəyə biləcək təqaüdlər mövcud deyil.