• info@educolour.az
  • +99470 830 25 55
News Photo

Tömer imtahanı | Tömer imtahani vərmək | TÖMER nədir?

TÖMER nədir?

 

TÖMER (Türk dili haqqında sertifikat) Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin keçməli olduğu dil imtahanıdır.

İmtahan xarici tələbələrin türkcə dil biliyini yoxlayır. 
Belə ki, tələbə TÖMER sertifikatı olmadan Universitetə qeydiyyat olduqda əlavə 1 il Türk dili oxumaq zərurəti yaranır. Bu da maliyyə və vaxt itkisinə səbəb olur.TÖMER  sertifikatı aşağıdakı kateqoriyaya aid olan hər kəsə lazımdır.

 

1.Attestatla bakalavr təhsili almaq istəyənlərə
2.YÖS-lə bakalavr təhsili almaq istəyənlərə
3.Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə
4.Magistratura təhsili almaq istəyənlərə 
5.Doktorantura təhsili almaq istəyənlərə


TÖMER imtahanı zamanı sizin dil biliyiniz 6 səviyyədə qiymətləndirilir;


A1-başarısız sayılır və bu nəticəni heç bir universitet qəbul etmir.
A2- başarısız bu nəticəni heç bir universitet qəbul etmir
B1- başarılı bu nəticəni bəzi universitetlər qəbul edir
B2- başarılı bu nəticəni bir çox universitet qəbul edir
C1- başarılı bu nəticəni demək olar ki 95% universitetlər qəbul edir
C2- bu nəticə tamamilə keçərlidir. 


Gazi Universiteti Türkiyənin ən çox tanınan universitetlərindən biridir. Və tələbələr artıq yol, qalacaq yer, yemək və.s əlavə xərc çəkməsin deyə Educolour Education Center TÖMER imtahanlarını Azərbaycanda keçirmək üçün vasitəçilik edir. Educolour Education Center Gazi Universitetinin TÖMER imtahanlarının Azərbaycandakı rəsmi təmsilçisidir. Və tələbələr həm artıq xərc çəkməsin,həm də vaxt itirməsin deyə 21.08.2022 tarixində Bakıda əyani olaraq TÖMER imtahanı keçiriləcəkdir. Son qeydiyyat  15.08.2022 tarixinə qədərdir. Qeyd edək ki, Gazi Universitetinin TÖMER sertifikatı Türkiyənin bütün özəl və dövlər universitetlərində tanınır.

Bu Xəbəri Paylaşın

Şərh

Xaricdə təhsil almaq isdəyirsən ama bunu nəcür edəcəyini bilmirsən?