• info@educolour.az
  • +99470 830 25 55
News Photo

Xaricdə magistr təhsili | Magistratura Dərəcəsi

Ölkə sərhədlərindən çıxmadan qiyabı magistr və doktorantura təhsili almaq istəyən tələbələrə şad xəbər.
Rusiyada qiyabi şəkildə doktora və magistr təhsili almaq imkanı var.

 

Hərkəsin uğurlu olmaq, öz hədəflərinə çatmaq arzusu var. Uzun illərin təcrübəsi göstərir ki, insan yaşından, cinsindən, yaşadığı coğrafiyadan asılı olmayaraq öz əzmkarlığının, cəsarətinin sayəsində məqsəd qoyduğu zirvələri fəth edir. Qəribədir ki, biz bdürədiyimiz zamanlarda belə ayağa qalxıb yenidən başlamağı seçəndə, yaxud başladığımız yolda yorulmadan, səbrlə addımlamağa davam edəndə həyat müəyyən zamanlarda qarşımıza inanılmaz fürsətlər çıxarır. Bəzən bütün riskləri gözə alıb sadəcə çantanı yığıb başqa ölkəyə yollanmaq bütün həyatı sıfırdan dəyişir. Harada dünyaya göz açacağımızı seçmək şansımız olmasa da, gələcəyimizi harada?, necə?, kimlərlə? quracağımız öz əlimizdədir. Bəzən maddi çətinliklər və ya digər səbəblərdən dolayı qurduğumuz xəyallar əlçatmaz görünə bilər. Ancaq unutmayın ki, həmişə çıxış yolu vardır. Dünyanın əksər ölkələrində çətinliklərlə qarşılaşan yaxud daha çox inkişaf etmək istəyən gənclər təhsil vasitəsi ilə arzuladıqları şəhərlərə yollanırlar. Əgər sizin də belə xəyalınız varsa, bu məqaləmiz məhz sizin üçündür! 

 

Hazırda dünyanın əksər universitetlərində ödənişli, təqaüdlü olmaqla müxtəlif tələbə mübadilə proqramları mövcuddur. Namizədlər üçün geniş ixtisas seçimi, yüksək təhsil səviyyəsi, universitet şəhərcikləri, zəngin kitabxanalar və s. təklif olunur. Bütün təhsil pillələri üzrə həmin universitetlərə müraciət etmək mümkündür. Əgər bakalavr təhsilini fərqli ölkədə dəyərləndirmək imkanınız olmayıbsa heç də təəssüflənməyə dəyməz. Xaricdə təhsil magistratura pilləsi üzrə tələbə adını qazanmaq istəyən hər kəs üçün də geniş imkanlar vəd edir. Gəlin, daha ətraflı tanış olaq.

 

Xaricdə magistr təhsili almaq üçün müraciətlər necə qəbul olunur?

 

Fərqli ölkədə magistr təhsilini davam etdirmək istəyən şəxslər aşağıdakı formalarda müraciət edə bilər. 

  • Bakalavr diplomu ilə
  • Müxtəlif təqaüd proqramlarına müraciət edərək

 

Bakalavr diplomu ilə müraciət tələbləri nədir?

Sadəcə bakalavr diplomu ilə dünyanın bir çox nüfuzlu universitetlərinə yaxud sadəcə marağında olduğunuz ali təhsil ocaqlarına müraciət edə bilərsiniz. Bu zaman seçimlərinizin arzularınıza, büdcənizə, həyat tərzinizə uyğun olmasına diqqət yetirməyiniz önəmlidir. Çünkü bu formada müraciət ilkin mərhələdə ödənişli əsaslarla aparılır. Bəzi universitetlər sonradan tələbənin nəticələrinə uyğun təqaüdlü təhsil fürsətləri də yaradır. Bu səbəbdən hər məlumatı diqqətlə incələməyiniz önəmlidir. Qeyd edək ki, tək bakalavr diplomu ilə qəbullar zamanı əlavə hər hansısa imtahanlara ehtiyac olmur. Sadəcə seçdiyiniz universitetin və ya ixtisasın tələblərindən dolayı xüsusi imtahan suallarını cavablaya bilərsiniz. Bu da qeyd olunduğu kimi sizin seçimlərinizdən asılıdır. Ancaq dəyişməyən şərtlərdən biri isə tələb olunan xarici dil üzrə müvafiq sertifikatlarıdır. (məsələn, İELTS) Eyni zamanda dil sertifikatı tələb etməyən bəzi universitetlər də var. Məsələn – Sheffield Hallam Universiteti – İngiltərə, Bristol Universiteti – İngiltərə, Sheffield HallamVinnipeq Universiteti – Kanada, Adelaida Universiteti – Avstraliya və s.

 

Müraciət üçün tələb olunan sənədlər isə aşağıdakılardır:

  • Bakalavr pilləsi üzrə diplomu
  • Transkript
  • Europass CV
  • Xarici Passport
  • 2 ədəd Referans məktubu

 

Bu Xəbəri Paylaşın

Şərh

Xaricdə təhsil almaq isdəyirsən ama bunu nəcür edəcəyini bilmirsən?