Almaniya dünyada tələbələrin ən çox seçdiyi 3-cü ölkədir. Dünyada işə götürənlər tərəfindən alman təhsilli işçilər daha çox rəğbət görürlər. Bu isə ölkədə təhsil səviyyəsinin çox yüksək olması və universitetlərinin həqiqətən qlobal səviyyədə tanınmasına görədir. Almaniyada təhsil almaq demək olar bir çox Azərbaycanlı gəncin xəyalıdır. Xaricdə təhsil almaq istəyən gənclərin ən çox seçim etdikləri ölkə sayılır. Burada təhsilin səviyyəsi hər kəsə məlumdur, amma şərtləri və tələbləri də buna uyğun olaraq biraz mürəkkəbdir.
Almaniyada təhsil almaq avropanın ən yaxşı universitetlərində oxumaq deməkdir. Buradakı universitetlər bütün dünyada öz tədrisləri ilə fərqlənir. Burada ödənişsiz şərtlərlə də təhsil almaq mümkündür. Amma ki bütün dünyanın gənclərinin ilk seçim elədiyi universitetlərin burada yerləşməsi bizim ölkə gəncləri üçün rəqabəti daha da artırır. Buna uyğun yüksək göstəricilər və tələblərə uyğunluqlar lazımdır. Ödənişli şərtlərlə təhsil almağın da mümkün olduğu bu ölkəyə qəbul üçün aşağıdakıları oxuya bilərsiniz. Daha çoxu üçün mütəxəssislərimiz sizə yardımcı olmağa hər zaman hazırdır.
Almaniyada tehsil almaq yuxarıda qeyd etdiyimiz kimi çox sadə görünsə də rəqabətli bir təhsil prosesidir. Çünki dünyanın hər bir yerindən bura çox müraciətlər olmaqdadır. Almaniyada bakalavr təhsili ilə yanaşı magistr təhsili də mövcuddur. Almaniyada da magistr təhsili almaq üçün bakalavr dərəcəsini bitirmək lazımdır. Burada təhsil almaq üçün bir neçə proqramlar varkı onları bitirməlisiniz. Ətraflıı məlumatları aşağıda uyğun başlıqlarla tapa bilərsiniz.
Almaniya ən çox müraciət olunun təhsil dərəcəsi magistaturadır. Bakalavr dərəcəsini bitirən tələbələr növbəti təhsilləri üçün bu ölkəyə üstünlük verirlər. Bunun üçün də əvvəldən tələblərə uyğun olaraq hazırlıqlar edirlər. Bu tələblərdən ən əsası ilə qlobal tanınan imtahanlardır. Bunlar İngilis dili üçün TOEFL və ya IELTS; Alman dili üçün DSH, TestDaF və ya Goethe İnstitunun Sertifikatıdır.
Bildiyiniz kimi Almaniya universitetləri dünyaca seçilən və xüsusi dərəcələrə malikdir. Bu universitetlərdə 2007-ci ilə qədər təhsil pulsuz idi. Amma bundan sonra ölkə bir necə ixtisas və universitetlərdən təhsil haqqı almaqı qərara aldı. Burada təhisl haqqı smestrə görə təyin olunur və 500 euro maksimum ödənişlər mövcuddur. Buda qeyd etdiyimiz kimi istisas və universitetlərə görə dəyişir. Bunlara baxçayaq bu ölkə üçün çox təqaüd sistemləri mövcuddur. Bunlardan faydalana bilərsiniz.
Ən yaxşı 5 universtet bunlardır: