• info@educolour.az
  • +99470 830 25 55
News Photo

Hərbi Möhlət Alınması | Herbi mohlet 2023

Xaricdə əyani təhsil alan hər bir tələbəyə hərbi möhlət hüququ verilir.

 

Hərbi möhlət hüququ yalnız əyani təhsil alan tələbələrə verilir qiyabi tələbələr hərbi möhlət hüququndan yararlana bilməz.

Lakin xaricdə təhsil zamanı ən sıx yaşanan problemlərdən biri dəvətnamə ilə hərbi möhlət hüququnun verilməməsidir, yəniki tələbələr ilk müraciət etdikləri zaman xaricdə təhsil şirkəti tərəfindən onlara universitetə qeydiyyat üçün dəvətnamə məktubu təqdim edilir. Təqdim edilmiş bu dəvətnamə sənədi tələbənin 1-ci kursda oxuduğun təstiq etmir çünki tələbə hələ universitetin illik təhsil haqqını ödəməyib. Bunun üçündə tələbə təhsil alacağı ölkəyə gedib illik təhsil haqqını yatırıb qeydiyyatdan keçib həqiqətəndə birinci kursda oxuduğuna dair arayış almalıdır. Lakin işin pis tərəfi budurki hərbi möhlət hüququ olmayan tələbələr heç xarici pasportda ala bilmirki ölkədən çıxa bilsin. Bu cür problem yaşayan tələbələrə Educolour Xaricdə təhsil şirkəti olaraq biz yardım edirik.

 

Tələbə xaricə getmədən universitet qeydiyyatını necə tamamlaya bilər?

 

Tələbənin xaricə getmədən universitet qeydiyyatını tamamlayıb illik təhsil haqqını ödəməsi mümkündür, bunun üçün tələbə şirkətimizə bir etibarnamə verə bilər. Həmin etibarnamə əsasında şirkət mütəxəsisimiz xarici ölkəyə gedərək sizin qeydiyyatınızı tamamlayır.

Lakin işin daha bir problemli tərəfidə dil biliyinə görə universitetin sizi avtomatik hazırlıq proqramına qeydiyyata almasıdır.

Hazırlıq proqramına qeydiyyata alınan tələbələrə bəzi rayonların hərbi komisarlığı möhlət hüququ vermir.

Bu problemin həllin isə sadəcə həmin imtahanı Azərbaycanda verib vaxtında sertifikat almaqdır. TYS imtahanı və tarixləri haqqında məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Biz SET Xaricdə təhsil şirkəti olaraq hər zaman bütün xaricdə təhsil problemlərinizin həllində sizə dəstək durmağa hazırıq.

 

Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) təklif edilən dəyişikliyə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək möhlət hüququ veriləcək.

 

Bu maddənin hazırda qüvvədə olan variantı isə belədir: “Xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək”. 

 

Bundan sonra xarici ölkələrin təhsil müəssisələrində təhsil alanlar üçün hərbi çağırışdan möhlət hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən tərtib olunmuş xarici ölkələrin təhsil müəssisələri siyahısına ehtiyac qalmayacaq. 

 

Mövzuya qanunun müddüəlarını əsas gətirərək başlayırıq.  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:

a) qeyd edilən təhsil pillələrində, bakalavr, magistr, doktorantura, ali baza tibb təhsili və rezidenturada əyani təhsil alanlara möhlət hüququ verilir.

 

b) xarici ölkələrdə ali təhsil pilləsinin bakalavr, magistratura və doktorantura, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) əyani təhsil alanlara mühlət hüququ verilir.

Möhlət hüququ qanunda göstərildiyi kimi təhsilin davamı zamanı verilir acaq bir dəfə şamil olunur. Bunun üçün 18 yaş tamam olmuş abituriyentlər çagrış vərəqəsi alana qədər qəbulla bağlı işlərini həll etməlidilər ki çağrış zamanı artıq qəbul məktublarını təqdim edərək möhlət hüququndan yararlansınlar. Bu məqamda valideyn məsuliyyətsizliyidə ön plana çıxır. Valideynlər daha öncədən bu proseslərə hazır olmalı və məsuliyyətli davranmalıdırlar. Bu onların övladlarının gələcəyi üçün önəmli mərhələdir. Qəbul əldə etmək üçün şirkətlərə yaxınlşmazdan öncə hərbi kommisarlıqlarla əlaqə saxlayıb orda gedən prosesdən tam məlumatlı olduqdan sonra təhsil şirkətlərinə yaxınlaşmları məqsədə uyğundur.

 

 
 
 
 

Bu Xəbəri Paylaşın

Şərh

Xaricdə təhsil almaq isdəyirsən ama bunu nəcür edəcəyini bilmirsən?