Educolor şirkəti olaraq sizlərə qanuni yolla birbaşa universitetin üçüncü kursuna qəbul olmaq şansını təklif edirik. Beləki sizin kollec diplomunuz varsa (və ya universitet diplomu) siz eyni ixtisas üzrə Ukraynada və ya digər ölkələrdə birbaşa üçüncü kursa qəbul ola bilərsiniz. Kollec diplomu subbakalavr yəni yarı bakalavr sayıldığına görə tam 4 illik universitetin yarısını əvəz edir buna görədə kollec diplomu olan şəxslər öz ixtisasları üzrə və ya oxşar ixtisaslar üzrə birbaşa üçüncü kursa qəbul ola bilərlər.
Bu qayda həmçinin universitet diplomu olanlarada aiddir məsələn sizin Audit və uçot üzrə bakalavr təhsiliniz varsa və siz diplom almısınızsa siz Menencment üzrə və ya digər oxşar ixtisaslar üzrə təkrar təhsil alarkən birbaşa üçüncü və ya ikinci kursa qəbul olacaqsınız.
Qəbul zamanı sizin hal hazırda bitirdiyiniz Universitet və ya Kollecdən aldığınız diploma və diplomun qiymət əlavəsinə baxılır və hansı fənnlərin üst üstə düşəcəyi ayrıd edilir. Daha sonra sizi üçüncü kursa və ya ikinci kursa qəbul edəcəklərinə dair qərar verirlər. Elə ola bilərki hətda siz üçüncü kursa qəbul olsanız belə xeyli kəsiriniz ola çünki sizin birinci bitirdiyiniz məktıblə ikinci arasında akademik fərq yarana bilər.
AKADEMİK FƏRQ NƏDİR???
Akademik fərq odurki sizi üçüncü kursa götürürlərsə deməli siz bu universitetin birinci və ikinci kursda keçdiyi materialları bilməlisiniz və sizin bu materialları bildiyinizə dair digər diplomunuzda bilgi yoxdursa bu fənn sizə kəsir kimi yaranır belə olan halda buna akademik fərq deyilir.
Hətda bir universitetin üçüncü kursundan digər universitetin üçüncü kursuna transfer zamanıda akademik fərqlər ortaya çıxır və kəsir yaranır. Çünki bir universitetin birinci kursda keçdiyi materialı dgər universitet ikinci kursda keçir və birinci kursda başqa material keçir. Belə olan halda akademik fərq yaranır və bu fərqi aradan qaldırmaq üçün siz təkrar hazırlaşıb imtahana girməlisiniz.
Bu Xəbəri Paylaşın